Geri

Cənub Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Nazirliyin Baş əməliyyat idarəsi ilə birgə 18 avqust 2017-ci il tarixində  “Masallı rayon İcra Hakimiyyəti orqanları, xidmətləri, obyektləri arasında qarşılıqlı fəaliyyətin təşkilinə nəzarət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda Masallı rayon İcra Hakimiyyətində seminar-müşavirə keçirmişdir.

Seminar-müşavirədə Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin, Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının məsul əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının təmsilçiləri, rayonun enerji, qaz, telekommunikasiya və su təchizatı üzrə xidmətlərinin rəisləri, meşə mühafizəsi və bərpası müəssisəsinin, polis və təhsil şöbələrinin rəsmi nümayəndələri iştirak etmişlər.

Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbiri açıq elan edərək bildirmişdir ki, tədbirin keçirilməsində əsas məqsəd ehtimal olunan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili ilə bağlı vəziyyətin öyrənilməsi, həyata keçirilən tədbirlər, mövcud problemlər və onların həlli yollarının müzakirə olunmasından ibarətdir.

Toplantıda çıxış edən natiqlər FHN-in regionda fəaliyyət göstərən qurumlarla qarşılıqlı fəaliyyət planlarının geniş təhlilini aparmış, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.

Tədbir zamanı dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə torpaq sahələrinin məqsədyönlü təyinatı, avtomobil və dəmir yollarının, hidrotexniki qurğuların, yanacaq və maye-qazdoldurma məntəqələrinin, yüksək gərginlikli elektrik, orta və yüksək təzyiqli qaz xətlərinin mühafizə zonalarında müxtəlif təyinatlı obyektlərin tikintisinin yolverilməzliyi, meşələrin yanğından qorunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Sonda tədbir iştirakçılarının seminar-müşavirə ilə bağlı təklifləri dinlənilmiş, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması məqsədilə müvafiq tövsiyələr verilmişdir.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu