Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 16 avqust 2017-ci il tarixində Yardımlı rayon Mərkəzi Xəstəxanasında FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirmişdir.
Tədbirdə Yardımlı rayon Mərkəzi Xəstəxanasının kollektivi iştirak etmişdir.
“Dəyirmi masa”da fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, dəm qazı təhlükəsinin yaranma səbəbləri, çimərliklərdə təhlükəsizlik tədbirlərinə dair məruzələr dinlənilmişdir. “Dəyirmi masada”, həmçinin yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət edilməsinin vacibliyi diqqətə çatdırılmış, hər mövzu ilə bağlı fotoslayd nümayiş olunmuşdur.
Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Hündürlükdən xilasetmə işlərinin aparılması” mövzusunda praktiki gecə təlimi keçirilib. ...
Ardını oxu