Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 15 avqust 2017-ci il tarixində Ağsu Regional Qaz İstismar İdarəsinin İsmayıllı rayon Xidməti Sahəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Şimal-qərb Regional Mərkəzi, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi və Şimal-qərb Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Müfəttişliyinin əməkdaşları iştirak etmişdir.

Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Sel və daşqın zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Texnogen qəzalar”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə qaydaları”, “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, mövzulara dair videoçarxlar nümayiş olunmuşdur.

Sonda iştirakçılarla qarşılıqlı fikir mübadiləsi olmuşdur.

Digər məlumatlar

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu