Geri

Xəzər dənizinin sahilboyu ərazilərində su nəqliyyat vasitələrinin təhlükəsiz istismarına nəzarət məqsədilə tədbirlər davam edir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Xəzər dənizinin sahilboyu ərazilərində su nəqliyyat vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə mütəmadi əməliyyat tədbirləri həyata keçirir.

12-13 avqust 2017-ci il tarixlərində keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə dörd ədəd su nəqliyyatı vasitəsinin - Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən çimərlikdə bir ədəd qayıq, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən çimərlikdə bir ədəd hidrosikl, Mərdəkan qəsəbəsində yerləşən çimərlikdə bir ədəd hidrosikl, Bakı şəhəri, Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən çimərlikdə bir ədəd hidrosiklin müvafiq nəzarət qaydalarına əməl olunmadan istifadə edildiyi müəyyən edilmişdir. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

 

Digər məlumatlar

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu