Geri

FHN-in qurumları arasında beşnövçülük üzrə çempionata yekun vurulmuşdur

7 iyul 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Mülki müdafiə qoşunlarının Qəbələ rayonunda yerləşən “N” saylı hərbi hissəsində Fövqəladə Hallar Nazirliyinin qurumları arasında beşnövçülük üzrə keçirilən çempionata yekun vurulmuşdur. Çempionatda nazirliyinin müxtəlif qurumlarını təmsil edən 16 komandanın tərkibində 80 idmançı iştirak etmişdir.

İdmançılar iyulun 4-dən 7-dək davam edən yarışların maneələr zolağı, turnikdə güc çalışmaları, atıcılıq, üzgüçülük və dağa dırmanma mərhələləri üzrə bacarığını nümayiş etdiriblər. Əvvəllər iki mərhələ üzrə keçiriliən yarışların bu ilki proqramına dağa dırmanma, turnikdə güc çalışmaları və maneələr zolağı növləri əlavə edilmişdir. Bu idman növləri idmançılardan daha çətin şəraitdə güc və bacarıq nümayiş etdirmək, gərgin mübarizə aparmağı tələb edir.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Fizuli Musayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Qəbələ rayon icra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev çıxış edərək ölkəmizdə ilk dəfə keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, FHN əməkdaşlarının uğurlarından danışmışlar.

Gərgin keçən yarışlarda fərdi hesabda Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Teymur Şahlamazov qızıl, Aran Regional Mərkəzinin nümayəndəsi Zeynal Zeynalov gümüş, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Adəm Haqverdiyev bürünc medal qazanmışdır. Komanda hesabında isə Mülki müdafiə qoşunlarının komandası birinci, FHN-in İdman-sağlamlıq Klubunun komandası ikinci, FHN Akademiyasının komandası üçüncü yeri tutmuşdur. İdmançılara diplom, kubok, medallar və qiymətli hədiyyələr təqdim edilmişdir.

Qeyd edək ki, FHN-nin İdman-sağlamlıq Klubunun təşkilatçılığı ilə ənənəvi olaraq hər il Qəbələdə FHN əməkdaşları arasında səmti müəyyənetmə idman növü üzrə çempionat keçirilir. FHN-nin qurumları arasında ilk dəfə keçirilən bu beşnövçülük çempionatının uğurla başa çatdığını nəzərə alan yarışların Təşkilat Komitəsi bu idman tədbirini hər il keçirməyi qərara almışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu