Geri

“Su hövzələrində təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 28 iyul 2017-ci il tarixində Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birlikdə Yevlax rayon Şahmat məktəbinin akt zalında “Su hövzələrində təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətin təşkili” mövzusunda rayon müşavirəsi keçirmişdir.

Rayon müşavirəsində FHN-in Aran Regional Mərkəzinin, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Yevlax rayon İcra Hakimiyyətinin, yerli icra orqanlarının, xidmət sahələrinin əməkdaşları, bələdiyyələrin nümayəndələri, eləcə də su hövzələrinin fəaliyyətinə məsul şəxslər iştirak etmişlər.

Toplantıda Yevlax rayonu ərazisindəki su hövzələrində keçirilən monitorinqin nəticələri barədə tədbir iştirakçıları məlumatlandırılmış, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş etdirilmişdir. Həmin nöqsanlar müzakirə edilmiş, problemlərin aradan qaldırılması istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılmışdır.

Çıxışlarda FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri, yay mövsümündə su hövzələrində vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti ilə bağlı ətraflı məlumat verilmişdir.

Tədbirdə, həmçinin ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılmış, mövzuya dair videoçarx nümayiş etdirilmişdir.

Sonda sularda təhlükəsizlik qaydaları ilə bağlı zəruri məlumatların əks olunduğu təbliğat materialları tədbir iştirakçılarına paylanılmışdır. Tədbir iştirakçılarını maraqlandıran suallar FHN əməkdaşları tərəfindən cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu