Geri

FHN Xəzər Hövzə Qəza Xilasetmə Xidməti işçiləri Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

28 iyul 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidməti işçiləri Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir.

İlk olaraq, FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək rəhbərlik etdiyi ittifaq və görülmüş işlər haqqında məlumat vermişdir.

M. İsmayılov çıxışı zamanı komitə üzvlərinə iş zamanı əməyin texniki təhlükəsizliyi qaydalarına əməl etmələri barədə öz tövsiyələrini vermiş, konfransın işinə  uğurlar arzulamışdır.

Sonra Xəzər Hövzə Qəza Xilasetmə Xidməti işçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri  Elxan Abdullayevin geniş hesabat məruzəsi dinlənilmişdir. Natiq bildirmişdir ki, onun rəhbərlik etdiyi təşkilat öz işini bundan sonra da müasir tələblər səviyyəsində quracaq, qarşıya qoyulmuş vəzifələri növbəti illərdə də uğurla davam etdirəcəkdir.

Konfransın sonunda Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəisi Fuad Bağırov çıxış edərək rəhbərlik etdiyi mərkəzin işçilərinə göstərdiyi qayğıya, onların asudə vaxtlarını səmərəli keçirməsi, səhhətində problem yaranmış işçilərin sağlamlığının bərpa olunması məqsədilə ixtisaslaşmış sanatoriyalara yollayışların verilməsinə, ailə vəziyyəti çətin olan işçilərə maddi yardımların edilməsi, xidmətdə xüsusi fərqlənən və yubiley yaşı tamam olan üzvlərin fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmasına görə Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqına öz təşəkkürünü bildirmişdir.

Konfransda Elxan Abdullayev yenidən Xəzər Hövzə Qəza Xilasetmə Xidməti işçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu