Geri

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti əməliyyat tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 22-23 iyul 2017-ci il tarixlərində keçirilən əməliyyat tədbirləri nəticəsində bəzi su nəqliyyatı vasitələrinin sahibləri tərəfindən müvafiq qanunverciliyin pozulduğunu müəyyən etmişdir. Ümumilikdə səkkiz ədəd su nəqliyyatı vasitəsinin  - Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən çimərlikdə bir ədəd mühərrikli taxta qayıq, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən çimərlikdə bir ədəd hidrosikl, Buzovna qəsəbəsində yerləşən çimərlikdə bir ədəd hidrosikl, Türkan qəsəbəsindəki çimərlikdə bir ədəd mühərrikli taxta qayıq, Bakı şəhəri, Binəqədi rayonu Goradil qəsəbəsində yerləşən çimərlikdə iki ədəd hidrosikl, Səbail rayonu Şıx çimərliyində bir ədəd hidrosikl, Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən çimərlikdə isə bir ədəd hidrosiklin müvafiq nəzarət qaydalarına əməl olunmadan istifadə edildiyi müəyyənləşdirilmişdir. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu