Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi müşavirə keçirmişdir

21 iyul 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə Şəki şəhər İcra Hakimiyyətinin akt zalında ərazi icra nümayəndələri, yerli bələdiyyə, hüquq-mühafizə orqanları və təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə “Su hövzələrində təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətin təşkili” mövzusunda rayon müşavirəsi keşirmişdir. Müşavirədə çıxış edən Şəki  şəhər İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Əhmədiyyə Bəşirov müşavirəni açıq elan edərək, gündəlikdə duran məsələnin aktuallığını vurğulamış və keçirilən tədbirin əhəmiyyətindən danışmışdır. Çıxış edən natiqlər Şəki rayon ərazisində mövcud olan su hövzələri ətrafında aparılan monitorinqlərin nəticələrindən, qarşıya çıxan problemlərin aradan qaldırılmasında yerli icra strukturları ilə qarşılıqlı fəaliyyətin əhəmiyyətindən söhbət açmış və bu sahədə maarifləndirmə işlərinin vacibliyini vurğulamışlar.

Sonda tədbir iştirakçılarına təbliğat materialları paylanılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu