Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Daxili Qoşunların Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsində 11 iyul 2017-ci il tarixində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydalarından bəhs edilmiş, dəm qazı təhlükəsi və onun yaranma səbəblərindən danışılmışdır. Toplantıda, həmçinin yanğın və texniki təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmasına nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz olunmasının vacibliyi iştirakçıların diqqətinə çatdırılmışdır. Qeyd olunan mövzular fotoslaydların müşayiəti ilə təqdim edilmişdir.

Sonda müxtəlif mövzularda hazırlanmış maarifləndirici videoçarxlar da tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

 

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu