Geri

Qarabağ Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi FHN-in yerli qurumlarının əməkdaşları ilə birlikdə 11 iyul 2017-ci il tarixində Beyləqan rayonu Dünyamalılar kənd Bələdiyyəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda “dəyirmi masa” keçirmişdir. Bələdiyyə üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə fövqəladə hallar barədə qısa məlumatlar verildikdən sonra “Zəlzələ”, “Sel və daşqın”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə qaydaları”, “Məişətdə civə dağılmaları” və “112 xidmətinə müraciət qaydaları” mövzularında çıxışlar edilmişdir. Çıxışlardan sonra məruzələr ətrafında fikir mübadiləsi aparılmış, sualları cavablandırılmış, iştirakçılara maarifləndirmə materialları paylanmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu