Geri

Su nəqliyyatı vasitələrindən qanunsuz istifadə edilməsi halları aşkar edilmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Xəzər dənizinin sahilboyu ərazilərində su nəqliyyat vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə mütəmadi əməliyyat tədbirləri həyata keçirir.

8-9 iyul 2017-ci il tarixlərində keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə yeddi ədəd su nəqliyyatı vasitəsinin (Bakı şəhəri, Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən Novxanı çimərliyində iki ədəd hidrosikl və bir ədəd mühərrikli taxta qayıq, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən Zuğulba çimərliyində bir ədəd dövlət qeydiyyatından keçməmiş hidrosikl, Türkan qəsəbəsindəki Türkan çimərliyində bir ədəd katamaran, Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən Bilgəh çimərliyində bir ədəd hidrosikl və Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Hövsan çimərliyində bir ədəd mühərrikli taxta qayığın müvafiq nəzarət qaydalarına əməl olunmadan istifadə edildiyi müəyyən edilmişdir. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

 

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu