Geri

Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində təlim kursu keçirilmişdir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müraciəti əsasında Azərbaycan Respublikası hökumətinin dəstəyi ilə 03 – 07 iyul tarixlərində AEBA-nın “Radiasiya təhlükəsizliyi sahəsində bacarıqların artırılması məqsədi ilə müvafiq təhsil və təlim şəraitinin təsis edilməsi” adlı RER/9/142 saylı regional texniki əməkdaşlıq layihəsi çərçivəsində “Tibb və sənaye sahələrində çalışan radiasiyadan qorunma üzrə mütəxəssislər üçün təlimçilərin təlimi” mövzusunda təlim kursu keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinə həvalə olunmuş təlim kursunda Şərqi Avropa və Orta Asiyanın 12 ölkəsindən 17 nümayəndə iştirak etmişdir.

Təlim kursunun əsas məqsədi tibb və sənaye müəssisələrində çalışan radiasiyadan qorunma üzrə mütəxəssislərin rolu, vəzifələri və bacarıqları barədə nəzəri məlumatların verilməsi, həmçinin adıçəkilən sahələrdə radiasiyadan qorunma üzrə mütəxəssislərə təlim kurslarının təşkili üçün zəruri biliklərin təqdim edilməsi olmuşdur.

Bir həftə davam edən təlim kursu yüksək səviyyədə təşkil olunmuş və tələb olunan bütün təşkilatçılıq öhdəlikləri yerinə yetirilmişdir.

Sonda AEBA tərəfindən bütün iştirakçılara cavablandırılması tələb edilən sorğu vərəqələri paylanmış və həmin vərəqələrdə təşkilatçılıqla bağlı bütün məsələlər iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Yekunda iştirakçılara sertifikatlar təqdim edilmişdir. 

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu