Geri

FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 29 iyun 2017-ci il tarixində Siyəzən rayon kənd təsərrüfatı idarəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda növbəti seminar-müşavirə keçirmişdir. Tədbir zamanı yanğın, zəlzələ, meşədə və məişətdə yanğın və çimərlikdə təhlükəsizlik qaydaları kimi mövzular geniş müzakirə olunmuşdur.

Tədbir iştirakçılarına FHN-in fəaliyyət istiqamətləri və qurumları, fəlakətə səbəb ola biləcək amillərin aradan qaldırılmasında ilkin xəbərdarlıq sisteminin əhəmiyyəti, meşə yanğınlarının baş verməsində insan faktoru, Şimal Regional Mərkəzinin regionda yerləşən dövlət qurumları ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xəttinin rolu kimi mövzularda ətraflı məlumat verilmişdir.

Sonda mövzularla bağlı video və fotoslaydlar nümayiş olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu