Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 29 iyun 2017-ci il tarixində Sumqayıt şəhər 60 nömrəli uşaq bağçasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müəllim və uşaqların fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, bağçalarda baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə çıxış edənlər “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, “Sel və daşqın zamanı nə etməli”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “112” qaynar xətti” mövzularında məlumat vermişlər.

Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu