Geri

FHN Şimal-Qərb Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

23 iyun 2017-cı il tarixində Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir.

Konfransda çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Komitə tərəfindən görülmüş işlər haqqında məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.

Tədbirdə Şimal-qərb Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Rövşən Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, hesabat dövründə Komitənin keçirdiyi iclaslarda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının tövsiyə və göstərişləri müzakirə olunmuşdur. İclaslarda Komitənin hesabat dövrü ərzində gördüyü işlərin statistik hesabatı, aztəminatlı ailələrə maddi yardım verilməsi ilə əlaqədar ərizələrə baxılması, mədəni-kütləvi tədbirlərin, rəsmi bayramların və tarixi-əlamətdar günlərin, ad günləri və yubileylərin keçirilməsi ilə əlaqədar məsələlərə baxılmışdır. Komitənin sədri hesabat çıxışını ümumilikdə, əsasən üç səpkidə - əməyin təhlükəsizliyi,  təhlükəsizlik texnikası üzrə görülən işlər, mədəni-kütləvi tədbirlərdə iştirakları barədə məlumatlar əsasında qurmuşdur. Natiq yuxarıda göstərilən işlərin daha yüksək səviyyədə həyata keçirilməsinin növbəti ildə də davam etdiriləcəyini diqqətə çatdırmışdır.

Daha sonra Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin rəis müavini mayor Ceyhun Babayev Mərkəzin işçilərinə göstərilən qayğı, onların asudə vaxtlarının səmərəli keçirilməsi, səhhətində problem yaranmış işçilərin sağlamlığının təmin olunması məqsədilə ixtisaslaşmış sanatoriyalara yollayışların verildiyi, ailə vəziyyəti çətin olan işçilərə maddi yardımların göstərildiyi, xidmətdə xüsusi fərqlənən və yubiley yaşları tamam olan üzvlərin fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılması kimi işlərə görə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqına və onun sədri Mehman İsmayılova öz təşəkkürünü bildirmişdir.

Konfransın sonunda Rövşən Məmmədov yenidən FHN Şimal-qərb Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu