Geri

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

21 iyun 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayon Heydər Əliyev Mərkəzində “Cevik reaksiya vermə, qəza xilasetmə və digər təxirəsalınmaz  işlərin aparılması” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Toplantıda FHN Sumqayıt Regional Mərkəzinin, Xızı rayon İcra Hakimiyyəti,  rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin, Təcili Tibbi Yardım Stansiyasının, Qaz İstismar Sahəsinin, Sukanal İdarəsinin, Telekommunikasiya Qovşağının, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları iştirak etmişdir.

“Dəyirmi masa”nın keçirilməsində əsas məqsəd baş verə biləcək təbii və texnogen xarakterli hadisələr zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi, əhalinin fövqəladə hadisə zamanı davranış qaydaları barədə məlumatlandırılması, rayonda ərazi qüvvələri cəlb olunmaqla hadisəyə cevik reaksiya verilməsinin təşkili, əsas qüvvə və vasitələrin hazır vəziyyətə gətirilməsi, kəşfiyyat, axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsi sahəsində bilik və bacarıqların artırılmasından ibarət olmuşdur.

Tədbirə cəlb olunan qurumların fəaliyyətinə dair məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.

Sonda suallar cavablandırılmışdır

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu