Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq elmi-praktik videoseminar keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 31 may 2017-ci il tarixində “Təsərrüfat obyektlərində yanğın təhlükəsizliyi” mövzusunda beynəlxalq elmi-praktik videoseminar keçirilmişdir. Beynəlxalq videoseminara Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin Kokşetay Texniki İnstitutu, Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Dövlət Akademiyası, Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Ural İnstitutu, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq Universitetinin professor-müəllim heyəti qatılmışdır.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Pənah Süleymanovun sədrliyi ilə keçirilən beynəlxalq videoseminarda tədris şöbəsinin rəisi polkovnik, texnika üzrə fəlsəfə doktoru dosent Malik Qarayev “Şəhər obyektlərində yanğın təhlükəsizliyinin təmin edilməsinə nəzəri yanaşma”, Kadrların yenidən hazırlığı və ixtisasartırma fakültəsinin təlim rəhbəri polkovnik-leytenant Kərim Kərimov “Yanğın zamanı qeyri daşıyıcı şüşə arakəsmələrin istiliyə davamlılığı”, magistrant daxili xidmət leytenantı Orxan Motuxov “Yanğının söndürülməsinə hazırlıq vaxtının və hadisə yerinə çatma müddətinin azaldılması” mövzularında məruzələrlə çıxış etmişlər. Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu