Geri

FHN-in regional mərkəzlərində 28 May – Respublika Gününə həsr olunmuş tədbirlər keçirilmişdir

26 may 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı, Şimal, Cənub, Qarabağ regional mərkəzlərində Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

Tədbirlərdə bildirilmişdir ki, 99 il bundan öncə Şərqdə ilk demokratik dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində şərəfli bir səhifə kimi qalmışdır. Cəmi 23 ay fəaliyyət göstərmiş ilk respublika dövründə həyata keçirilən islahatlar müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Toplantılarda vurğulanmışdır ki, 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini elan etmiş, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi bu müstəqilliyi əbədi və dönməz etmişdir. Bu gün Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, siyasi, iqtisadi və sosial islahatlar uğurla davam etdirilir.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu