Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanılması və emalı zamanı yanğın hadisələrinin qarşısının alınması məqsədilə 25 may 2017-ci il tarixində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Göygöl bölməsində yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir.

Tədbirdə kənd təsərrüfatı texnikalarına, elektrik təsərrüfatına, əraziyə baxış keçirilmiş, təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti öyrənilmiş, texnikaların təchiz edildiyi yanğınsöndürmə vasitələrinin yararlığı yoxlanılmış, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilmiş, yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılmışdır.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Göygöl bölməsində yanğın təhlükəsizliyi ilə əlaqədar qabaqlayıcı tədbirlərlə yanaşı əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə də geniş şəkildə toxunularaq qeyd olunmuşdur ki, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması üçün işçilər əməyin mühafizəsi üzrə təlimatlara, əmək və istehsalat intizamına əməl etməlidirlər. Həmçinin bildirilmişdir ki, təhlükəsizlik qaydalarına əməl olunmazsa, ən müasir texnika və texnologiyalar sağlam və təhlükəsiz əmək şəraitini yaratmağa qadir deyildir. Belə ki, işçilər texnologiyaları bilməkdən əlavə, iş yerində davranış qaydalarını da bilməli, öz vəzifələrini elə yerinə yetirməlidirlər ki, təhlükəli və zərərli şərait yaranması mümkün olmasın, belə şərait yarandıqda isə onu aradan qaldırmaq üçün tədbir görə bilsinlər.

Sonda dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakatlar və yaddaş kitabçaları paylanılmışdır.

 

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu