Geri

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında mini-futbol üzrə çempionat keçirilmişdir

24 aprel - 1 may 2017-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında mini-futbol üzrə çempionat keçirilmişdir.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının stadionlarında təşkil edilən çempionatda 15 komanda və hər komandada 12 idmançı olmaqla 180 əməkdaş iştirak etmişdir.

Komandalar 4 qrupda  mübarizə aparmış, hər qrupda 1 və 2-ci yeri tutan komandalar 1/4 finala vəsiqə qazanmışdır. Yarımfinalda Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) ilə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX), Maddi-Texniki Təchizat İdarəsi (MTTİ) ilə Gəncə Regional Mərkəzinin (GRM) komandaları qarşılaşmışlar. Bu oyunlarda XRXX DYMX-ə 2-1, MTTİ isə GRM-in komandasına 9-2 hesabı ilə qalib gəlmişdir.

3-cü yer uğrundakı görüşdə DYMX GRM-yə 5:2 hesabı ilə qalib gəlmişdir. Final matçında XRXX və MTTİ futbolçuları qarşılaşmışlar. Əsas vaxtda qalib müəyyənləşmədiyindən penalti seriyasında üstün olan XRXX komandası çempion olmuşdur.

Final oyunundan sonra keçirilmiş mərasimdə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-mayor Şahmar Paşayev, İdman-sağlamlıq klubunun rəisi polkovnik Fizuli Musayev və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək iştirakçıları təbrik etmiş onlara uğurlar arzulamışlar. Həmçinin, natiqlər IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs etmiş, Azərbaycanın dünyada idman ölkəsi kim tanındığını vurğulamışlar.

Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilmişdir.

Gərgin mübarizə şəraitində keçən yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Elmir Quluzadə, ən məhsuldar hücumçu Şünasib Məmmədov, ən yaxşı qapıçı isə Elvin Zeynalov olmuşdur.

Digər məlumatlar

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu