Geri

FHN-in Bakı Regional Mərkəzi “Cəsurluq məktəbi” açıq qapı günü təşkil etmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi nazirliyin digər qurumları ilə birgə 2017-ci il aprel ayının 28-də Mərkəzin bazasında “Cəsurluq məktəbi” açıq qapı günü təşkil etmişdir.

Açıq qapı gününün təşkilində məqsəd Bakı şəhəri ümumtəhsil müəssisələrinin şagirdlərini Fövqəladə Hallar Nazirliyinin qurumlarının fəaliyyəti ilə yaxından tanış etməkdən ibarət olmuşdur.

“Cəsurluq məktəbi” açıq qapı gününün iştirakçıları Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılmış seçim qaydası ilə müəyyən edilmişdir. Belə ki, tədbirdə iştirak etmiş 33 yuxarı sinif şagirdinin hər biri məhz öz gələcəyini fövqəladə hallar orqanlarında fəaliyyətlə bağlamaq istəyən gənclərdir.

Peşəyönümü xarakteri daşıyan bu tədbirdə nazirliyin Bakı Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə, Tibb və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərini təmsil edən 45 əməkdaş iştirak etmişdir.

Tədbir praktik və nəzəri olmaqla iki hissədən ibarət olmuşdur.

Praktik hissə zamanı əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə “Sprinter” (Mercedes BENZ) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, əraziyə gətirilmiş xilasetmə və üzmə vasitələri, kəşfiyyat cihazları və fərdi mühafizə vasitələri, yanğınsöndürmə texnika və vasitələri, eləcə də maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı yardım üsulları barədə məlumat verilmişdir.

Nəzəri hissə zamanı isə Mərkəzin rəis müavini Elxan Cəbiyev tədbir iştirakçılarını səmimi salamlamış, onların öz gələcək fəaliyyətlərini məhz fövqəladə hallar orqanları ilə bağlamaq istəklərini təqdirəlayiq hal hesab etmişdir. Mərkəzin Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin rəisi, polkovnik Vaqif Teymurov “Bakı Regional Mərkəzinin fəaliyyət istiqamətləri” mövzusunda çıxış edərək Mərkəzin yarandığı gündən etibarən həyata keçirdiyi işlər və apardığı maarifləndirmə fəaliyyəti barədə qısa məlumat vermişdir.

Sonda Mərkəzin keçirdiyi maarifləndirmə tədbirləri barədə videoçarxlar nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu