Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında elmi-praktik konfrans keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 28 aprel 2017-ci il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94–cü ildönümünə həsr olunmuş “Fövqəladə hallarda xəbərdarlıq, xilasetmə və yardım” mövzusunda kursant və magistrantların IV elmi-praktik konfransı keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Akademiyanın Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.

Konfransı giriş sözü ilə açan Akademiyanın rəis müavini, iqtisad üzrə fəlsəfə doktoru Cabir Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən söhbət açaraq qeyd etmişdir ki, Heydər Əliyev şəxsiyyətinin müasir Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycanın təxminən 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma vətənini düşünmüş onu üzləşdiyi çətinliklərdən xilas etmək üçün çox böyük fədakarlıqlar göstərmişdir.

Hər il olduğu kimi xüsusi tədbirlər planına müvafiq olaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində çox saylı tədbirlər həyat keçirilir və bugünkü toplantı da ulu öndərin əziz xatirəsinə həsr edilmiş kursant və magistrantların IV elmi-praktik konfransıdır. Bu cür tədbirlərin keçirilməsinin kursant və magistrantların elmi-tədqiqat işlərinə maraqlarının formalaşması, tədris materiallarının yaradıcı səviyyədə mənimsənilməsi, elmi araşdırma üsullarının dərindən öyrənilməsi və onların xüsusi təhsilli mütəxəssis kimi yetişməsi üçün böyük əhəmiyyətə malik olduğunu deyən Cabir Həsənov tədbir iştirakçılarına uğurlar arzulamışdır.

Sonra Nicat İsmayılov, Fərid Quliyev, İbrahim Şiriyev, Mirramin Yunusov və Tural Ələsgərli müxtəlif mövzularda elmi məruzələrlə çıxış etmişlər.

Plenar iclasdan sonra “Yanğın təhlükəsizliyi”, “Həyat fəaliyyətinin təhlükəsizliyi”, “Təbiət və fundamental fənlər”, “Hərbi hazırlıq” və “Həyat fəaliyyətinin təhlükəsizliyinin hümanitar məsələləri” adlı bölmə iclaslarında kursant və magistrantların məruzələri dinlənilmişdir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu