Geri

FHN işçilərinin Həmkarlar İttifaqı Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşəbbüsü ilə 27 aprel 2017-ci il tarixində FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Optimallaşma, əməyin mühafizəsinə dair məlumatların toplanması və istifadə edilməsi: Profilaktika mədəniyyətinin əsaslarının möhkəmləndirilməsi” devizi ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Xüsusi Riskli Xilasetmə Xidməti işçilərinin Həmkarlar İttifaqının sədri Məzahir Bayramov 28 aprel 2017-ci il – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Bəyanatını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Natiq Bəyanatın müddəalarını şərh edərkən Xüsusi Riskli Xilasetmə Xidmətində yaradılmış əmək şəraitinin təqdirə layiq olduğunu vurğulamışdır.

Sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının əməyin texniki müfəttişi Zaur Bağırov çıxış edərək Beynəlxalq Əmək Təşkilatı (BƏT) və onun fəaliyyəti haqqında qısa məlumat vermişdir. Qeyd etmişdir ki, BƏT-in tövsiyələrinə əsasən, respublikamızda hər il 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd olunur.

Tədbirdə əmək və onun mühafizəsi, həmkarlar ittifaqının əməyin mühafizəsinə ictimai nəzarət mexanizmi və bu kimi məsələlər barədə də tədbir iştirakçılarına geniş məlumat verilmişdir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu