Geri

FHN Dövlət Yanğından Mühafizə Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 26 aprel 2017-ci il tarixində SOCAR-ın Kompleks Qazma İşləri Trestində maarifləndirmə tədbiri keçirmişdir.

Kompleks Qazma İşləri Trestinin anbar təsərrüfatı bölümündə keçirilən tədbirdə rəhbər və mühəndis-texniki işçilərə, fəhlə və qulluqçulara ərazinin saxlanma xüsusiyyətləri, o cümlədən yollar, yanğın təhlükəsizliyi tələblərinə uyğun aralıq məsafələr, binalara, su mənbələrinə və digər obyektlərə keçid yolları ilə bağlı tələblər, maddə və materialların saxlanılması, nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması, yanğınsöndürmə və yanğın rabitə siqnalizasiya vasitələrinin saxlanılması qaydaları haqqında ətraflı məlumat verilmişdir.

Toplantıda yanğın təhlükəsizliyi, yanğına qarşı su təchizatı ilə bağlı tələblər haqqında məlumat verilmiş, yanğın avadanlıqlarına qoşulmuş su şəbəkəsinin tələb olunan təzyiqi və yanğının söndürülməsi üçün hesablanmış su sərfini təmin etməsinin vacibliyi xüsusi olaraq diqqətə çatdırılmışdır.

Tədbirdə, həmçinin təhlükə mənbəli istehsalat sahəsində texniki təhlükəsizliyin gücləndirilməsi istiqamətində görülən işlər, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları, "Neft, qaz və neft - kimya sənayesində təhlükəsizlik Qaydaları” üzrə biliklərin yoxlanılması, “Yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinə əməl olunması, mühəndis-texniki işçilərin, fəhlə və qulluqçuların yanğın təhlükəsizliyiinə dair təlimatlandırılması və s. bu kimi məsələlərə də toxunulmuşdur.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu