Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 26 aprel 2017-ci il tarixində Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları və məktəbin müəllim və şagirdləri iştirak etmişdir.
Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, “Sel və daşqın zamanı nə etməli”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.
Sonda suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsi əməkdaşlarının iştirakı ilə Qəbələ rayonu, Şahdağ Milli Parkının Qəbələ bölməsinin nümayəndələri üçün, habelə Zaqatala rayonu, Muğanlı meşəbəyliyinin 5 saylı dolayında və Ağsu rayonun meşə ərazilərinə yaxın yerləşən......
Ardını oxu9 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Yardımlı rayon Sırıq kənd tam orta məktəbin müəllim və şagirdləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn formatda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Göygöl Milli Parkında və Hacıkənd-Toğana meşəbəyliyində Meşə Mühafizəsi və Bərpası Müəssisəndə “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxu