Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Atletlər kəndində növbəti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar oyunların və tədbirlərin keçiriləcəyi obyektlərdə yanğın-texniki müayinələrin aparılması  və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirmə planına uyğun olaraq Nizami rayonunda yerləşən Atletlər kəndində növbəti maarifləndirmə tədbiri keçirmişlər. Tədbirdə Atletlər kəndinin işçiləri ilə yanğın təhlükəsizliyi barədə geniş söhbət aparılmış, suallar cavablandırılmış, ilkin odsöndürücü balonlardan istifadə qaydaları arenanın işçilərinə əyani şəkildə göstərilmiş  və “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri tədbir iştirakşılarına paylanmışdır. Atletlər kəndinin rəhbərliyinə “İnzibati binalarda yanğın təhlükəsizliyi” adlı kitabça da təqdim edilmişdir. 

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu