Geri

Fövqəladə Hallar Nazirliyinin idmançısı 2-ci yerə layiq görülmüşdür

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə 7-8 mart 2017-ci il tarixlərində ali təhsil müəssisələrinin tələbələri arasında XIII Respublika universiadası keçirilmişdir. Milli Aviasiya Akademiyasının idman zalında, 11 idman növü üzrə keçirilmiş yarışda 14 komandadan 100-ə yaxın iştirakçı mübarizə aparmışdır. Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu təmsil edən Ülvi Sadıqzadə 81 kq çəki dərəcəsində Cüdo üzrə yarışlarda 2-ci yerə layiq görülmüşdür. İdmançının məşqçi-müəllimi FHN İdman-sağlamlıq klubunun əməkdaşı Rasim Babayevdir. Yarışın baş hakimi Ramin Mahmudov olmuşdur.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu