Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Milli Karate Federasiyasında maarifləndirmə tədbiri keçirmişdir

6 mart 2017-ci il tarixində Yanğına qarşı təbliğat şöbəsinin əməkdaşları IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar oyunların və tədbirlərin keçiriləcəyi obyektlərdə yanğın-texniki müayinələrin aparılması  və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirmə planına uyğun olaraq Xidmətin 3-cü ərazi DYNİ-nin əməkdaşları ilə birlikdə Nizami rayonunda yerləşən “İnter PİK” MMC-nin “İnter Arena” stadionunda yerləşən Milli Karate Federasiyasında növbəti maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə Federasiyanın idman zalında yanğın təhlükəsizliyi barədə geniş söhbət aparılmış, suallar cavablandırılmış, ilkin odsöndürücü balonlardan istifadə qaydaları arenanın işçilərinə əyani şəkildə göstərilmiş  və “Vətəndaşlarların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri paylanmışdır. Həmçinin, Milli  Karate Federasiyasının rəhbərliyinə “İnzibati binalarda yanğın təhlükəsizliyi” adlı kitabça təqdim edilmişdir. 

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu