Geri

FHN Yasamal Rayon Yanğından Mühafizə Hissəsində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə 3 mart 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal Rayon Yanğından Mühafizə Hissəsində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Optimallaşma, əməyin mühafizəsinə dair məlumatların toplanması və istifadə edilməsi: Profilaktika mədəniyyətinin əsaslarının möhkəmləndirilməsi” devizi ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan FHN DYMX-nın Yasamal RYMH-nin rəisi daxili xidmət polkovnik-leytenantı Rəşad Nəsirov Beynəlxalq Əmək Təşkilatının( BƏT) tövsiyələrinə əsasən, respublikamızda hər il 28 aprel  - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibəti ilə silsilə tədbirlərin keçirildiyini nəzərə çatdıraraq əmək fəaliyyətinin təşkili, görülmüş işlər barəsində geniş məlumat vermişdir.

DYMX işçiləri Həmkarlar İttifaqının ictimai əmək müvəkkili daxili xidmət polkovniki Zahir Həsənov DYMX–da xidmət edən işçilərə yaradılan əmək şəraitindən danışmış, xidmətin çətinliyi və həyat üçün təhlükəli olmasına baxmayaraq, şəxsi heyətin döyüş tapşırığını mükəmməl şəkildə yerinə yetirdiyini, bunun üçün onlara peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi məqsədilə nəzəri və təcrübi məşğələlərin keçirildiyini bildirmişdir.

FHN DYMX-nın Yasamal RYMH-nin rəis müavini daxili xidmət mayoru Aqil Ağayev əməyin mühafizəsi və təhlükəsizlik texnikası işinin təşkili, yanğın texnikası, yanğın-texniki alətləri, avadanlıqlar, döyüş paltarı və sursatları, xidmətin aparılması və yanğının söndürülməsində təhlükəsizlik texnikası tələbləri barədə məruzə etmişdir.

Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının müfəttişi Zaur Bağırov tədbir iştirakçılarına BƏT və onun fəaliyyəti haqqında qısa məlumat vermiş, həmin təşkilatın Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar elan etdiyi builki devizin mahiyyəti barədə geniş izahat vermişdir.

Tədbirin sonunda məsul şəxslər iş şəraitində rastlaşdıqları təhlükəli vəziyyətlər və onlardan müdafiə olunma yollarından danışmışlar.

Tədbirdən sonra Yasamal RYMH-də yaradılmış iş şəraitinə baxış keçirilmişdir.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu