Geri

Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqı 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirmişdir

6 mart 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqı tərəfindən tədbir keçirilmişdir.

Tədbiri açıq elan edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov nazirliyin qadın əməkdaşlarını Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etmiş, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan bəhs etmişdir.

M. İsmayılov qeyd etmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasi kursun ayrılmaz tərkib hissəsi kimi qadınların sosial-iqtisadi, siyasi həyatın bütün sferalarında normal fəaliyyətlərinin təmin edilməsi, onların cəmiyyətdə rolunun artırılması və gender bərabərliyinin təmin edilməsi sahəsində mühüm işlər görülmüşdür. Azərbaycanda qadının və ailə problemlərinin həlli, ana və uşaq sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əldə olunmuş uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır.

Sonda Fövqəladə Hallar Nazirliyinin Aparatı və qurumlarında fəaliyyət göstərən Həmkarlar İttifaqı komitələrinin qadın həmsədrləri və yubiley yaşları tamam olan qadın əməkdaşlarına qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim edilmişdir.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu