Geri

FHN Qarabağ Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində 3 mart 2017-cı il tarixində hesabat-seçki konfransı keçirilmişdir.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov konfransın işinə uğurlar arzulamış və görülmüş işlər haqqında məlumat vermişdir.

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Bəxtiyar Əsədovun hesabat məruzəsi dinlənilmişdir.

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin rəisi polkovnik-leytenant Mirəli Feyziyev rəhbərlik etdiyi mərkəzin işçilərinə göstərilən qayğıya görə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqına təşəkkürünü bildirmişdir.

Toplantının sonunda Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Dövlət Yanğından Nəzarət İdarəsinin, Mülki Müdafiə Qoşunları Komandanlığının Ağdam regional şobəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər, Bərdə və Cəbrayıl rayonları Yanğından Mühafizə hissələrinin yubiley yaşı tamam olan əməkdaşları  fəxri fərman və qiymətli hədiyyələrlə  mükafatlandırılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu