Geri

FHN işçilərinin Həmkarlar İttifaqı əsgərlərlə görüş keçirmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 30 mart 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Aparat və qurumlarında fəaliyyət gostərən həmkarlar ittifaqı komitə sədrlərinin iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Quba rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən əsgərlərlə görüş keçirilmişdir.

Görüşü giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışında görüşün 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etdiyini diqqətə çatdırmış, bu hadisələr və həmçinin erməni şovinistlərinin illərdən bəri xalqımızın başına gətirdiyi faciələr haqqında geniş məlumat vermişdir.

Natiq qeyd etmişdir ki, təkcə Quba qəzasında etnik kimliyindən asılı olmayaraq 16 mindən çox azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, 167 kənddə qırğınlar törədilmiş və 35 kənd yandırılaraq yer üzündən silinmişdir.

Sonda ölkəmizdə ordu quruculuğu və Qarabağın azad olunması ilə bağlı ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasətlə bağlı məlumat verilmişdir.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu