Geri

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 30 mart 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Aparat və qurumlarında fəaliyyət gostərən həmkarlar ittifaqı komitə sədrləri 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər.

Ziyarətçilər əvvəlcə, Qudyalçay vadisində yerləşən, soyqırımı izini itirmək istəyən erməni cəlladlarının qədim Qubanın su ehtiyat anbarları kimi istifadə olunmuş quyulara atdığı faciə qurbanlarının kütləvi sümük qalıqları olan məzarlığa baş çəkmişlər.

Sonra kütləvi məzarlığın yanında ucaldılan Memorial Kompleksdə soyqırımına aid 19 bölmədən ibarət, 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən foto-şəkillərlə başlayan və qanlı hadisələrdən sonra cinayəti tədqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqda qərarı və komissiyanın sənədləri, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xüsusi məzmunlu xəritə, ümummilli lider Heydər Əliyevin soyqırımı haqqında sərəncamı və digər tarixi sənədlərin olduğu muzey ekspozisiyası  ilə tanışlıq olmuşdur.

Soyqırımı kompleksinə ziyarətdən sonra, FHN əməkdaşları Quba şəhəri Heydər Əliyev Mərkəzində, Quba Xalçaçılıq Muzeyində, Quba rayon Tarix-diyarşünaslıq Muzeyində və bir sıra tarixi yerlərə baş çəkmişlər.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu