Geri

FHN Akademiyasında 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Əvvəlcə, tədbir iştirakçıları soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Pənah Süleymanov bildirmişdir ki, 1918-ci il martın 31-dən ermənilərin Bakı və ətraf kəndlərdən başlatdığı soyqırımı Azərbaycanın bir çox şəhər və rayonlarını, indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadığı kəndləri əhatə etmişdir. Daşnak-bolşevik birləşmələri yüzlərlə yaşayış məntəqəsini dağıtmış, on minlərlə günahsız azərbaycanlını vəhşicəsinə qətlə yetirmiş, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Elman Nəsirov çıxışında demişdir ki, 1918-ci il martın 31-də törədilmiş qətliamlar Azərbaycan xalqının qan yaddaşında ən faciəli hadisələrdən biri kimi qalmışdır.  Ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətl edilməsi, doğma yurdlarından didərgin salınması siyasəti XX əsrin sonlarında da davam etmişdir.

E. Nəsirov qeyd etmişdir ki, hazırda müstəqil Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət və güclü ordumuz ermənilərin “Böyük Ermənistan” xülyasını darmadağın edəcəkdir.

Tədbirin sonunda 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş videoçarx nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu