Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti seminar keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 2017-ci il martın 3-də Heydər  Əliyev adına Bakı Dərin Özüllər zavodunda "Avtomobil təsərrüfatında yanğın təhlükəsizliyi qaydalarının tələbləri" mövzusunda seminar keçirmişdir.

Seminarda zavodun avtomobil təsərrüfatında çalışan işçilərə qarajlarda, talvar altında və xüsusi meydançalarda saxlanılan avtomobillərin düzülüşü, həmçinin avtomobillərə texniki xidmət zamanı nəzərdə tutulan yanğın təhlükəsizliyi qaydalarının tələbləri, avtomobillərin dayanacağı və təmiri üçün müəyyən olunan yerlərdə, talvarlar altındakı və açıq meydançalardakı avtomobil dayanacaqlarında mühərriklərin açıq odla - tonqal, məşəl, lehim lampası ilə qızdırılmasının, habelə texniki baxış, təmir və digər işlərin aparılması zamanı açıq alov mənbələrindən istifadə edilməsinin, mühərriklərin işlək vəziyyətdə saxlanılmasının, avtomobillərin benzin çənlərinin açıq və nasaz vəziyyətdə olmasının, dayanacaq, xidmət və təmir yerlərində yanacaqla doldurulmasının, avtomobillərdə asan alışan və yanar mayelərin movcud olmasının, yol və keçidlərin bağlanmasının və s. yanğın təhlükəsi yaratması haqqında ətraflı məlumat verilmişdir.   

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu