Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında elmi-praktik konfrans keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 29 mart 2017-ci il tarixində ölkəmizdəki ali məktəblərin kursant və tələbələrinin iştirakı ilə “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Əvvəlcə, konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.

Konfransı giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Pənah Süleymanov iştirakçıları salamlayaraq qeyd etmişdir ki, elm-texniki tərəqqinin sürətləndirilməsi, davamlı iqtisadi inkişafın və milli təhlükəsizliyin təmin olunmasında elmin və təhsilin rolu danılmazdır.  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Hazırda da Azərbaycan Respublikasında gənc nəslin elm və təhsilə cəlb olunması üçün dövlət tərəfindən mühüm addımlar atılır.

P. Süleymanov son illər FHN Akademiyasında elmi-texniki nailiyyətlərin ümumiləşdirilməsi və yayılması, elmi-tədqiqat işlərinin aparılması, dissertasiyaların, monoqrafiyaların və dərsliklərin hazırlanması, elmi- konfransların keçirilməsi, elmi məqalələrin çap edilməsi, tədris zamanı əldə olunan bilik, təcrübə və vərdişlərin artırılmasına xüsusi diqqət yetirildiyini də nəzərə çatdırmışdır.

Konfransda Fövqəladə Hallar Nazirliyi Akademiyasının kursantı Mirramin Yunusov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Cəmilə Çinarzadə, Azərbaycan Texniki Universitetin tələbəsi Natiq Novruzov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistrantı Böyükağa Cəfərov məruzələrlə çıxış etmişlər.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.

Akademiyanın “Həyat fəaliyyəti təhlükəsizliyi” fakültəsinin rəisi polkovnik-leytenant Elçin Mahmudov və “Yanğın təhlükəsizliyi” fakültəlisinin rəisi daxili xidmət polkovniki Azər Rüstəmovun sədrlik etdiyi bölmələrdə müxtəlif mövzular üzrə kursant və tələbələrin məruzələri dinlənilmişdir.

Tədbirin sonunda bir neçə kursant və tələbə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəxri fərmanı ilə təltif olunmuşdur.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu