Geri

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 29 mart 2017-ci il tarixində Abşeron rayon Heydər Əliyev Mərkəzində Abşeron rayon İcra Hakimiyyətinin mətbuat orqanı olan "Abşeron" qəzetinin və yerli KİV-nin əməkdaşlarının iştirakı ilə “Fövqəladə hallarla bağlı əhalinin maarifləndirilməsində mətbuatın rolu” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması, fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi və əhalinin mətbuat vasitəsilə mütəmadi olaraq maarifləndirilməsində yerli mətbuat ilə əməkdaşlığın müzakirə edilməsi olmuşdur.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Abşeron rayon İcra Hakimiyyətinin, "Abşeron" qəzetinin və yerli KİV-nin əməkdaşları iştirak etmişdir.

“Dəyirmi masa”da Regional Mərkəzin fəaliyyət istiqamətləri, gördüyü işlər, yerli KİV-lərin əhalinin maarifləndirilməsində rolundan danışılmışdır. Həmçinin, bu cür tədbirlərin silsilə olaraq Regional Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli mətbuat ilə keçiriləcəyi diqqətə çatdırılmışdır.

Sonda Rayon İcra Hakimiyyətinin və yerli KİV-nin nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, Mərkəzin əməkdaşları tərəfindən jurnalistləri maraqlandıran suallar cavablandırılmış və onlara maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu