Geri

Aran Regional Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 29 mart  2017-ci il tarixində Goranboy rayon Qazanbulaq qəsəbə tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə Aran Regional Mərkəzinin əməkdaşları ilə yanaşı Nazirliyin regionda yerləşən digər qurumlarının əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə “Fövqəladə hal nədir?”, “ Məişətdə yanğın zamanı davranış qaydaları”, “Zəlzələ zamanı nə etməli?”, “Sel və daşqın zamanı nə etməli? ”və “112” qaynar xəttinə hansı hallarda müraciət etmək olar” mövzularında məruzəçilərin çıxışları dinlənilmişdir. Toplantıda çıxışlarla yanaşı mövzularla bağlı videoçarxlar nümayiş olunmuş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu