Geri

Fövqəladə Hallar Nazirliyi Fəlakətlərə Cavab Tədbirləri üzrə Regional Masaüstü Təlimdə iştirak edir

Fövqəladə Hallar Nazirliyi 28-29 mart 2017-ci il tarixlərində Avropa İttifaqının üzvü olan üç ölkədə, Şərq Tərəfdaşlığına qoşulmuş altı tərəfdaş ölkədə və Aİ Mülki Müdafiə Mexanizminin Fövqəladə Hallara Cavab Tədbirlərinin Əlaqələndirmə Mərkəzində eyni vaxtda keçirilən Regional Masaüstü Təlimə qoşulmuşdur. 

Təlimdə Moldovanın Mülki Müdafiə və Fövqəladə Hallar Xidmətinin  Böhranların İdarəedilməsi Mərkəzi tərəfindən Moldovada baş vermiş zəlzələ ilə əlaqədar beynəlxalq yardım üçün etdiyi müraciətin, Şərq Tərəfdaşlığına qoşulmuş ölkələrin və Aİ-yə üzv üç ölkənin təklif etdiyi yardımların Aİ-nin Brüsseldə yerləşən Fövqəladə Hallara Cavab Tədbirlərinin Əlaqələndirmə Mərkəzi tərəfindən əlaqələndirmə prosedurları sınaqdan keçirilir və yardım göndərən ölkələrlə Moldova arasında yardım qəbul edən ölkənin göstərəcəyi dəstək məsələləri müzakirə olunur.

Aİ-nin Təbii və Texnogen xarakterli Fəlakətlərin Qarşısının Alınması, Hazırlıq və Cavab tədbirləri üzrə Şərq Proqramı çərçivəsində (PPRD East 2) təşkil olunan masaüstü təlim cari ilin sentyabr ayında Moldovada keçiriləcək Aİ MOLDEX 2017 geniş-miqyaslı sahə təlimin 1-ci hissəsi kimi hazırlıq məqsədilə keçirilir.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu