Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri kecirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 1 mart 2017-ci il tarixində İmişli Mərkəzi Rayon Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Muğan Regional Mərkəzinin fəaliyyət istiqamətləri, o cümlədən əhatə etdiyi xidməti ərazidə fəaliyyət göstərən xəstəxana, səhiyyə ocaqları ilə fövqəladə halların qarşısının alınmasında birgə səmərəli qarşılıqlı fəaliyyətindən söhbət açılmış, “112” qaynar xətti”, “Sel və daşqın”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürücü balondan istifadə qaydaları”, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri,  yanğın təhlükəsizliyi, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı və s. mövzularda ətraflı məlumat verilmişdir.

Daha sonra mövzulara dair müxtəlif slaydlar nümayiş olunmuşdur. 

Digər məlumatlar

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu