Geri

FHN-in Sumqayıt Regional Mərkəzi 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirmişdir

1 mart 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetində “1mart -  Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş “Gənclərin fövqəladə hallara hazır olması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında rolu” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Sumqayıt şəhər Polis İdarəsinin Post-Patrul Xidmətinin, Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin, universitetin müəllim və tələbə heyəti iştirak etmişdir.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Tədbirin nəzəri hissəsində “Mülki Müdafiənin yaranma tarixi”, “Fövqəladə hadisələr zamanı Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin mobil dəstə üzvlərinin rolu”, “Əhalinin mühafizəyə hazır olmasında beynəlxalq təcrübənin öyrənilməsi” və “Gənclərin fövqəladə hallara hazır olması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında rolu”  mövzularında çıxışlar edilmişdir.

Tədbirin praktiki hissəsində şərti olaraq Xəzər dənizinin şimal hissəsində 8.5 bal gücündə baş vermiş, Sumqayıt Regional Mərkəzin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Sumqayıt şəhər Polis İdarəsinin Post-Patrul Xidmətinin, Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunmuşdur. Yaradılmış qərargaha daxil olmuş məlumatlara əsasən dərhal xilasetmə və yanğınsöndürmə əməliyyatlarına başlanılmış, xəsarət alanlar çıxarılaraq ilkin tibbi yardım göstərilməsi üçün Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin əməkdaşlarına təhvil verilmişdir.

Tədbirin sonunda praktiki hissə qiymətləndirilmiş, nöqsanlar araşdırılmış və onların gələcəkdə aradan qaldırılması üçün təkliflər verilmişdir.

Digər məlumatlar

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu