Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 1 mart – Ümumdünya Mülki Müdafiə Günü qeyd olunmuşdur

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 1 mart 2017-ci il tarixində 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Toplantını açıq elan edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov Mülki Müdafiə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verərək qeyd etmişdir ki, ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə sisteminin rolu danılmazdır. Mülki müdafiə işinin səviyyəsinin durmadan yüksəldilməsi, bu sahənin peşəkar gənc kadrlara olan ehtiyacının ödənilməsi baxımından Akademiyanın üzərinə də böyük məsuliyyət düşür. Ali tədris müəssisəsi olaraq, təbii ki, Akademiyada ilk növbədə mülki müdafiə dərslərinin yüksək səviyyədə keçirilməsi, kursantlara öyrədilən nəzəri biliklərin praktiki məşğələlərlə əlaqələndirilməsinə böyük diqqət yetirilir.

Tədbirdə çıxış edən Mülki Müdafiə Qoşunları Komandanlığının idarə rəisi polkovnik Mirzə Əsgərov fövqəladə hallarda əhalinin müdafiəsinin təşkili, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, əhalinin həyat təminatının təchizi kimi məsələlər Mülki Müdafiə orqanlarının qarşısında əsas vəzifə kimi dayanması, elm və texnikanın surətlə inkişaf etdiyi son dövrlərdə insanların təhlükəsizliyinin təminatının daha mühüm əhəmiyyət kəsb etdiyi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Toplantının sonunda 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş videoçarx nümayiş olunmuşdur.

Tədbirin praktik hissəsində mülki müdafiə qurğuları və texnikaya baxış keçirilmiş, onların təyinatı və istifadə qaydaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. 

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu