Geri

FHN işçilərinin Həmkarlar İttifaqının Gəncə Regional Mərkəzində hesabat-seçki konfransı keçirilmişdir

27 fevral 2017-cı il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının Gəncə Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir.

İlk olaraq, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək görülmüş işlər haqqında məlumat vermişdir.

FHN işçilərinin Həmkarlar İttifaqının Gəncə Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Nahid Məmmədzadənin geniş hesabat məruzəsi dinlənilmişdir.

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəis müavini Əzizağa Əliyev çıxış edərək, rəhbərlik etdiyi mərkəzin işçilərinə göstərdiyi qayğıya, onların asudə vaxtlarının səmərəli keçməsinə, səhhətində problem yaranmış işçilərin sağlamlığının təmin olunması məqsədilə ixtisaslaşmış sanatoriyalara yollayışların verilməsinə, xidmətdə xüsusi fərqlənən və yubiley yaşları tamam olan üzvlərin fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılması kimi işlərə görə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqına öz təşəkkürünü bildirmişdir.

Hesabat-seçki konfransı bitdikdən sonra Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhəri, Ağstafa, Tovuz və Samux rayonları Yanğından Mühafizə Hissələrinin yubiley yaşları tamam olan əməkdaşları fəxri fərman və qiymətli hədiyyələrlə  mükafatlandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu