Geri

Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı, Sumqayıt, Şimal, Muğan, Qarabağ, Cənub və Şimal-qərb regional mərkəzlərində və FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir.  

Tədbirlər Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Tədbirdə çıxış edən natiqlər tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror və soyqırımı aktları törədilməsini diqqətə çatdırmış, erməni separatçıları tərəfindən yüz minlərlə azərbaycanlının etnik təmizləmə və qətliama məruz qoyaraq kütləvi surətdə qətlə yetirmələri, öz torpağından didərgin salmaları barədə danışmışlar.

Çıxışlarda Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığı qeyd edilmişdir.

Sonda Xocalı faciəsinə həsr olunmuş sənədli filmlərə baxılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu