Geri

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir

23-24 fevral 2017-cı il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir.

Respublika Olimpiya Mərkəzində təşkil edilən tədbirdə əvvəlcə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən söhbət açmış, 25 il bundan əvvəl erməni vandallarının xalqımıza qarşı törətdikləri bu dəhşətli faciənin heç bir zaman yaddaşlardan silinməyəcəyini bildirmişdir. Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Daha sonra yarışlara start verilmişdir. Ümumilikdə çempionatda 19 komandadan 80-ə yaxın idmançı iştirak etmişdir. Yüz və min metrə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparmışlar.

Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yeri Gəncə Regional Mərkəzi, üçüncü yeri isə Dövlət Sularda Xilasetmə Xidmətinin komandası tutmuşdur.

Şəxsi göstəricilərə görə Əhədov Elmir  (Fövqəladə Hallar Nazirliyinin Akademiyası), Rəcəbli Ülvi (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) və Mehdiyev Səlahəddin (Mülki Müdafiə Qoşunları) müvafiq olaraq birinci, ikinci və üçüncü nəticəyə nail olmuşlar.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev tədbirdə çıxış edərək bu yarışlarda ötən illərlə müqayisədə daha yüksək nəticələr əldə olunduğunu diqqətə çatdırmışdır. Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalib gələn idmançılara uğurlar arzulamışdır.

Sonda komanda və şəxsi hesaba görə qalib gələn idmançılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu