Geri

FHN İdman-sağlamlıq Klubunun idmançıları Cüdo üzrə Azərbaycan Çempionatında uğurla çıxış etmişlər

26-28  dekabr 2017-ci il  tarixlərində Bakı İdman Sarayında Cüdo üzrə Azərbaycan Çempionatı keçirilmişdir. Çempionatda kişilər və qadınlardan ibarət 55 komanda olmaqla 415 idmançı iştirak etmişdir. 60 kq çəki üzrə yarışan cüdoçular arasında Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq klubunu təmsil edən Sadıq Məhərrəmov 3-cü yerə laiq görülmüşdür.

İdman-sağlamlıq Klubunu təmsil edən cüdoçular yarışda məşqçi Taleh Sadıqovun rəhbərliyi ilə iştirak etmişlər. Usta cüdoçuların yarışına 27 komanda və 94 iştirakçı qatılmışdır. 

Yarışda Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq Klubunun əməkdaşı, İdman-təlim şöbəsinin məşqçi müəllimi Rasim Babayev 90 kq  çəkidə 1-ci yerə layiq görülmüşdür 

İdman-sağlamlıq klubunu təmsil edən Taleh Babayev 100 kq çəkidə 5-ci yeri tutmuşdur.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu