Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 29 dekabr 2017-ci il tarixində  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir.

Toplantını giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov tədbir iştirakçılarını hər iki bayram münasibətilə təbrik etmiş və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın 70-dən çox ölkəsində yaşayan soydaşlarımız və diplomatik təmsilçilərimiz tərəfindən Azərbaycan xalqının ümumdünya birlik günü kimi qeyd olunduğunu diqqətə çatdırmışdır. Pənah Süleymanov ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkürəsindən danışaraq bu günün qeyd edilməsi ilə bağlı tarixi qərarın Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri kimi Ümummilli Liderin təşəbbüsü ilə 1991-ci ilin dekabr ayının 16-da qəbul olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarını bu gün də uğurla davam etdirir.

Tədbir Akademiyanın xalq çalğı alətləri ansamblı və incəsənət ustalarının konsert proqramı ilə davam etdirilmişdir.

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu