Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Yeni il şənlikləri keçirilən yerlərdə yanğın təhlükəsizliyinin təmin olunması barədə təbliğat xarakterli növbəti maarifləndirmə tədbirlərini 27 dekabr 2017-ci il tarixində Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi İnternat məktəbində və Binə qəsəbəsinin Mədəniyyət Mərkəzində  aparmışdır. Yeni il şənlikləri zamanı pirotexniki vasitələrdən istifadə edilməsinin qadağan olması, ehtiyat çıxış qapılarının daim açıq saxlanılması, şənlik keçirilən yerlərdə nəzərdə tutulan saydan artıq insanın olmaması, elektrik uzadıcılarının artıq yüklənməməsi, uşaqların nəzarətsiz buraxılmaması, tamaşa vaxtı zalın işığının tam söndürülməməsi onların nəzərinə çatdırılmış və “Yeni il şənlikləri zamanı yanğın təhlükəsizliyi”ndən bəhs edən plakatlar paylanmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu