Geri

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə müsabiqə keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə Bakı və Sumqayıt qarnizonunun yanğından mühafizə hissələri arasında “Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilmişdir.

Müsabiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 45, 46, 47, 48, 49,50, 51, 53, 54, 56 nömrəli, Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi Yanğından Mühafizə Xidmətinin 11, 12, 13, 18, 19 nömrəli və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 21, 23 və 24 nömrəli yanğından mühafizə hissələri iştirak etmişdir. Hər bir komanda manqa şəklində “MAN” markalı AÇ-2,5T avtomobilində tərkibi 7 nəfər yanğınsöndürmə növbəsinin rəisi və ya köməkçisi, manqa komandiri, sürücü, dörd yanğınsöndürəndən ibarət olmaqla təmsil olunmuşdur.

Bir mərhələdən və iki hissədən ibarət olan müsabiqədə manqaların şəxsi heyətinin sıra baxışı keçirilmişdir. Yanğın texnikasına, yanğın texniki ləvazimatlara və təqdim edilmiş sənədlərə baxış keçirildikdən sonra manqalar kompleks tədbirlərdən ibarət döyüş açılışını etməklə yarışa qatılmışlar.

Sonda 18 komandanın, o cümlədən 126 yanğınsöndürənin iştirak etdiyi müsabiqədə Neftayırma müəsisələri üzrə YMD-nin 19 nömrəli YMH-nin komandası 1-ci yeri, Sumqayıt ŞDYMİ-nin 21 nömrəli YMH-nin komandası 2-ci yeri, ADNŞO üzrə YMİ-nin 54 nömrəli YMH-nin komandası isə 3-cü yeri tutmuşdur.

Qaliblərə Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqı tərəfindən medal və diplomlar, qiymətli hədiyyələr təqdim edilmişdir.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu